Menu

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb - TƏFƏRRÜAT

11.11.2019, 10:24
Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb - TƏFƏRRÜAT

Gəncədə qətl törədilib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində törədilib. Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Mübahisə zəminində Dajban Nicat valyutadəyişmə məntəqəsinin işçisi olan M.Əliyevi bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.

Dajban Nicat saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol