Menu

Azərbaycanlı hakimə UEFA-dan təyinat

13.11.2019, 10:23
Azərbaycanlı hakimə UEFA-dan təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

Trend-in məlumatına görə, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol