Menu

Müəllimlərin işdən çıxarılacağı xəbərinə rəsmi münasibət

24.09.2014, 11:05
Müəllimlərin işdən çıxarılacağı xəbərinə rəsmi münasibət

Orta məktəblərin rəhbərliyi dərs bölgüsü zamanı qiymətləndirmənin nəticələrini nəzərə alacaq

Təhsil Nazirliyi ilk sınaq qiymətləndirilməsində üzrlü səbəblərdən iştirak edə bilməyən müəllimlər üçün sentyabrın 20-də növbəti imtahan keçirib.

Təhsil Nazirlyindən verilən məlumata görə, ümumiyyətlə, sınaq qiymətləndirməsinin nəticələri müəllimlərin işdən azad edilməsinə səbəb ola bilməz. Lakin orta məktəblərin rəhbərliyi dərs bölgüsü zamanı qiymətləndirmənin nəticələrini nəzərə alacaq.

Bundan başqa, Bakı şəhər Təhsil İdarəsi bildirib ki, gələcəkdə sınaq qiymətləndirməsinin nəticələrinə əsasən, dərs bölgüsü xüsusi elektron proqram vasitəsilə həyata keçiriləcək. Proqram indi hazırdır və pilot layihə bu ildən etibarən 20 məktəbdə tətbiq olunur.

Xatırladaq ki, orta məktəb müəllimlərinin ilk sınaq qiymətləndirməsi bu il iyunun 10-13-də keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol