Menu

Pilotlarımız ilk dəfə F-16 təyyarələrində uçuşlar keçirdi

24.09.2014, 11:45
Pilotlarımız ilk dəfə F-16 təyyarələrində uçuşlar keçirdi

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, bu gün təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.

Təlim uçuşları zamanı pilotların bu tip təyyarələrin idarə olunması üzrə peşəkar bacarıqları və uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol