Menu

Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb

17.11.2019, 21:14
Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib."Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Mirzəxan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-21011" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər - İsmaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanlardan birinin vəziyyəti yaxşı olduğundan o evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol