Menu

Azərbaycan millisinin futbolçusu Almaniyada qol vurub

22.11.2019, 23:51
Azərbaycan millisinin futbolçusu Almaniyada qol vurub

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti qolunu vurub.

Apasport.az saytının məlumatına görə, “Aue”nin yarımmüdafiəçisi 2-ci Bundesliqanın XIV turunda fərqlənib.

D.Nazarov “Sankt-Pauli” ilə ev oyununun 24-cü dəqiqəsində penaltidən dəqiq istifadə edib. Hesabı 2:0-a çatdıran təmsilçimiz komandasının növbəti qələbəsində pay sahibi olub – 3:1. Bu görüşə start heyətində çıxan orta sahə oyunçusu matçın 80-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, 14 oyundan 23 xal toplayan “Aue” 3-cü pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol