Menu

Gədəbəydə yük maşını çaya aşıb - 2 nəfər ölüb

23.11.2019, 13:30
Gədəbəydə yük maşını çaya aşıb - 2 nəfər ölüb

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb.

Nəticədə Ş. Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol