Menu

165 saylı marşrutun sürücüsü sərnişini döyüb

25.11.2019, 21:44
165 saylı marşrutun sürücüsü sərnişini döyüb

Bakıda döyülmə hadisəsi baş verib.

Apa məlumat verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Biləsuvar rayon sakini Barat Cəbrayılzadə Şərifzadə küçəsində 165 saylı marşrut avtobusunun sürücüsü və köməkçisi tərəfindən döyülüb.

B. Cəbrayılzadə baş və bədən nahiyyəsindən müxtəlif xəsarət alıb. Zərərçəkən hadisə ilə bağlı polisə şikayət edib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Rahib 2019-11-26 12:41:17

o 165 nomreli marwurut xetti Bakubusa veeilse idi serniwinlerin cani qurtarardi orda iwleyen axmaq suruculerden. birde 39 nomreli marwurut

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol