Menu

Rusiya bütün idman yarışlarından kənarlaşdırıla bilər

26.11.2019, 12:07
Rusiya bütün idman yarışlarından kənarlaşdırıla bilər

Ümumdünya Antidopinq Agentliyinin (WADA) komitəsi Rusiyanı idman yarışlarından dörd il müddətinə kənarlaşdırmağı tövsiyə edib, bunu ölkənin Ümumdünya Antidopinq Məcəlləsini pozmasıyla izah edib. 

WADA noyabrın 25-də bildirib ki, tövsiyəni öhdəliklərə əməl olunmasına nəzarət edən komitəsi irəli sürüb. Komitə yanvarda Moskva laboratoriyasından əldə olunmuş məlumatların bir hissəsində uyğunsuzluq olduğunu deyir.

WADA-nın İcraiyyə Komitəsi dekabrın 9-da bu tövsiyəni nəzərdən keçirəcək.

Dördillik qadağa o deməkdir ki, Rusiya gələn il Tokioda yay olimpiya oyunlarında, 2022-ci ildə isə Pekində qış olimpiadasında iştirak etməyə bilər. Ancaq bundan öncə WADA rusiyalı atletlər üçün neytral status təklif etmişdi. Rusiya 2018-ci ildə Cənubi Koreyada Qış Olimpiya oyunlarına rəsmən buraxılmasa da, rusiyalı atletlərin bəziləri Olimpiya bayrağı altında yarışa bildi. WADA Rusiyanın onlarla idman növündə mindən çox dopinq halına yol verdiyini sənədləşdirib. Pozuntuların çoxu 2014-cü ilin Soçi olimpiadasında qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol