Menu

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

26.11.2019, 20:00
Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 207-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol