«AzPolitika.info»-nun Türkiyə KİV-ə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin Müdafiə Nazirliyi (MN) "S-400" zenit-raket kompleksinin (ZRK) testləşdirilməsinə başlayıb.
Bu barədə «Milliyət» nəşri xəbər verib. Dəqiqləşdirilir ki, paytaxt Ankaranın hava məkanında radar qurğuları sınaqdan keçirilir. Radarların işi çərşənbə axşamı də davam etdirilib.
Bundan əvvəl ehtimal olunurdu ki, türklər Rusiya istehsalı olan ZRK-ları 2020-ci ildə işə salacaqlar. Məlum olduğu kimi, bu sistemlərin tədarükü Amerika Birləşmiş Ştatlarını (ABŞ) və NATO-u bərk narahat edir.


Şərhlər