Menu

Əməkdar jurnalist “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini təyin edilib

27.11.2019, 10:54
Əməkdar jurnalist “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov əməkdar jurnalist Mətanət Məmmədovanın Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini təyin edilməsi barədə sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, M. Məmmədova həmin qəzetdə müxbir və NUHÇIXAN İnformasiya Agentliyində köşə yazarı kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun noyabrın 26-da imzaladığı digər sərəncamla “Şərq Qapısı” qəzetinin baş redaktorunun müavini Rauf Əliyev (Kəngərli) Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri təyin edilib.

Şərhlər

t.ədalət 2019-11-27 11:55:53

"Əməkdar" olmasa,təyin olunmayacaqdı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol