Roma papası Fransis çərşənbə axşamı elan edib ki, Vatikanda maliyyə korrupsiyası var və bunu “qalmaqal” adlandırıb.
Bu, Vatikanda maliyyə korrupsiyasının olmasının Papa tərəfindən ilk etirafıdır: “Aydın məsələdir ki, korrupsiya var. Dindirmələrdən sonra biz biləcəyik ki, onlar təqsirkardırlar, yoxsa yox. Bu, pis bir şeydir, bunun Vatikanda baş verməsi yaxşı deyil”.
Papa Fransis bunları Yaponiyadan qayıdarkən keçirdiyi mətbuat konfransında deyib.
“Deutsche Welle”-in məlumatına görə, Papa jurnalistlərə onu da bildirib ki, Vatikanda davam edən daxili istintaq Papanın xeyriyyə fondu olan “Pyotrun Pensi”ndən Londonda bahalı mülk alınması üçün dələduzcasına istifadəni araşdırır. “Nə olubsa, olub: qalmaqal. Onlar təmiz görünməyən işlər görüblər” – Papa bildirib.
O, həmçinin əlavə edib ki, Vatikandakı korrupsiyanın xaricdən yox, daxildən aşkar edilməsi ilk dəfə başa verib.


Şərhlər
Vatikanda Azərbaycan izi varsa,orada korrupsiya mültəqdir.