Menu

Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb

27.11.2019, 22:45
Lənkəranda avtomobil yeniyetməni vuraraq öldürüb

Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən qəza hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Girdəni kəndində baş verib.

Lənkəran-Boradigah yolunda "Hyundai" markalı avtomobili idarə edən Fuad Səməd oğlu Bədəlov yolu keçmək istəyən kənd sakini, 2005-ci il təvəllüdlü Yunis Mirdavud oğlu Quliyevi vurub.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Y.Quliyev aldığı ciddi xəsarətlərdən qısa müddətdə dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol