Menu

Rusiya Qırğızıstana təmənnasız hərbi texnika verdi

27.11.2019, 22:45
Rusiya Qırğızıstana təmənnasız hərbi texnika verdi

Rusiya Müdafiə Nazirliyi Qırğızıstana iki ədəd Mi-8MT vertolyotu və iki radiolokasiya stansiyası verib.

Virtualaz.org bildirir ki, hərbi texnika rəsmi Bişkekə hərbi-texniki yardım məqsədilə təmənnasız verilib. Verilən texnika Rusiya müəssisələrində müasir səviyyədə təmir olunub.

Müdafiə Nazirliyinin açıqlamasında iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafı çərçivəsində regionda sabitliyin saxlanılmasının vacibliyi qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol