Menu

İranın İraqdakı konsulluğu yandırılıb

28.11.2019, 00:47
İranın İraqdakı konsulluğu yandırılıb

İraqın Nəcəf şəhərində etirazçılar İran konsulluğunun yerləşdiyi binanı yandırıb.

Virtualaz.org rus mətbuatına istinadla bildirir ki, bu barədə “Shafaq” agentliyi məlumat yayıb. Etirazçılar binaya daxil olaraq od vurublar. İran diplomatik missiyası isə hadisədən təxminən 10 dəqiqə əvvəl binanı tərk edib.

Günlərdir İraqda narazı əhali korrupsiyaya, süründürməçiliyə, hökumətin yarıtmaz siyasətinə etiraz edir. Ölkədə qarşıdurmalar səngimək bilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol