Menu

Şəmkirdə avtomobil aşıb, 3 nəfər yaralanıb

28.11.2019, 01:06
Şəmkirdə avtomobil aşıb, 3 nəfər yaralanıb

Şəmkir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Seyfəli kəndində baş verib.

"VAZ" markalı avtomobilin aşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Onların vəziyyətinin orta-ağır və ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol