Menu

Bakıda 60 yaşlı kişi zəhərlənərək ölüb

28.11.2019, 11:17
Bakıda 60 yaşlı kişi zəhərlənərək ölüb

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1959-cü il təvəllüdlü Abbasov Faik Abbas oğlu yaşadığı ünvanda ölü tapılıb.

Meyitin ilkin müayinəsi zamanı F. Abbasovun sirkə turşusundan zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol