Menu

Tanınmış vəkilin fəaliyyəti dayandırıldı

28.11.2019, 16:27
Tanınmış vəkilin fəaliyyəti dayandırıldı

Şəhla Hümbətovanın vəkillik fəaliyyəti dayandırılıb. Bu barədə «Turan» agentliyinə Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov məlumat verib. 

F.Nəcəfovun sözlərinə görə, qərar noyabrın 28-də qurumun Rəyasət Heyətinin iclasında qəbul edilib: «Vəkil fəaliyyətində buraxdığı nöqsanlara görə Ş.Hümbətovanın fəaliyyətinə xitam verilməsi üçün Kollegiya məhkəməyə müraciət edib. Məhkəmənin qərarına qədər onun fəaliyyəti dayandırıldı». 

Aparat rəhbəri əlavə edib ki, buna Ş.Hümbətovaya qarşı şikayət səbəb olub: «Vətəndaş bizə müraciət edərək, Ş.Hümbətovanın onun işi ilə bağlı məhkəməyə saxta sənəd təqdim etdiyini bildirdi. Bu, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun pozulmasıdır. Bundan əlavə Ş.Hümbətova 6 aydan çoxdur Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmir». 

Məsələ ilə bağlı, hələlik, Ş.Hümbətovadan münasibət öyrənmək mümkün olmayıb. 

Bu il Penitensiar Xidmətin rəhbərliyi də bloqer Mehman Hüseynovun vəkili olan Ş.Hümbətovadan Vəkillər Kollegiyasına şikayət etmişdi. Onda da vəkilin qanunvericiliyin tələblərini pozduğu iddia edilirdi. Həmin vaxt Ş.Hümbətovanın hüquqlarını qoruduğu M.Hüseynov həbsdə aclıq aksiyasına başladığını açıqlamışdı. 

Penitensiar Xidmət bloqerin qida qəbul etdiyini bəyan etsə də, vəkil müdafiə etdiyi şəxsə istinadən bunu təkzib etmişdi. Daha sonra isə vəkildən fəaliyyəti ilə bağlı şikayət olunmuşdu. Amma onda vəkil haqqında belə qərar verilməmişdi.

Şərhlər

A M İ N 2019-11-28 17:16:18

Bu xanım savadlı və əqidəli vəkildir.

A M İ N 2019-11-28 17:15:18

Bu xanım savadlı və əqidəli vəkildir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol