Menu

Bakıda köşkdən 700 manat və tütün məmulatı oğurlanıb

28.11.2019, 20:14
Bakıda köşkdən 700 manat və tütün məmulatı oğurlanıb

Bakıda köşkdən 700 manat və tütün məmulatı oğurlanıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 700 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Əliyev saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun oyun zallarının birindən 9 ədəd oyun aparatı oğurlaması da müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol