«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran, Rusiya və Çinin Hərbi-Dəniz Qüvvələri (HDQ) tezliklə Hind okeanının şimal hissəsində birgə təlimlər keçirəcəklər.
Bu barədə İslam Respublikası HDQ-nin komandanı, kontr-admiral Hüseyn Xanzadi xəbər verib.
«Yaxın vaxtlarda biz, Rusiya və Çinlə birlikdə Hind okeanının şimal hissəsində - İran sərhədinin cənubunda hərbi təlimlər keçirəcəyik» - deyə, çərşənbə günü Xanzadi məlumat verib («Mehr»).
Onun sözlərinə görə, üç ölkənin hərbi donanmalarının təlimlərinin ilkin planlaşdırılması ötən ay yerinə yetirilib, hazırda isə təlimlərdən əvvəl son mərhələlər həyata keçirilir.
«Bir neçə ölkənin istər quruda, istərsə də dənizdə və ya havada birgə təlimləri onlar arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsindən xəbər verir» - deyə, iranlı kontr-admiral qeyd edib.


Şərhlər