Menu

Vergi Məcəlləsinə dəyişikliklər qəbul edilib

29.11.2019, 12:41
Vergi Məcəlləsinə dəyişikliklər qəbul edilib

Bu gün keçirilən Milli Məclisin plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

“Report” xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə 160-dan çox dəyişikliklər edilib və bu dəyişikliklər 7 istiqaməti əhatə edib.

İclasda eyni zamanda Milli Məclisin və Hesablama Palatasının 2020-ci il üçün xərclər smetaları təsdiqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol