Menu

Həccə gedən zəvvarlar İraqda raket atəşinə tutuldu

25.09.2014, 10:29
Həccə gedən zəvvarlar İraqda raket atəşinə tutuldu

İraqda Həccə yollanan zəvvarlar, ABŞ-ın Hərbi Hava Qüvvələrinin raket zərbələrinə məruz qalıblar. Modern.az xəbər verir ki, aviazərbələr nəticəsində bir neçə qadın və uşaq həlak olub.

Həlak olanlar arasındakı qadınlardan biri hamilə olub və onlar İraqda dəfn olunub.

Məlumata görə, zəvvarlar namaz qılmaq üçün avtobusdan eniblər. Bu zaman onlar ABŞ-ın Hərbi Hava Qüvvələrinin raket zərbələrinə məruz qalıblar.

Aviazərbələr nəticəsində həlak olanların Dağıstan vətəndaşı olduğu deyilir. Onların hamısı İraqda dəfn olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol