Menu

“Namizədliyimi mütləq verəcəm” - Deputat

29.11.2019, 16:00
“Namizədliyimi mütləq verəcəm” - Deputat

“Növbədənkənar parlament seçkilərində mütləq namizədliyimi verəcəm”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. 

O bildirib ki, növbəti seçkilərdə söhbət parlamentə təkcə gənclərin gəlməsindən getmir: “Hesab edirəm ki, Milli Məclis siyasət meydanıdır. Burada gənclərdən başqa, siyasəti anlayan, başı çıxan, danışığını bilən, beynəlxalq aləmdə tanınan insanlar da olmalıdır. Həmçinin gənclər də gəlməlidir”.

Vahid Əhmədovun sözlərinə görə, Milli Məclisin buraxılması təbii haldır: “Uzun müddət idi ki, bu haqda söhbətlər gedirdi. Milli Məclis qanunverici orqandır. Parlament öz səlahiyyətini 2020-ci ilin noyabrında başa çatdırmalı idi. İslahatlar çox ciddi və çevik olduğu, cənab prezident hərtərəfli iqtisadi siyasi sosial islahatlar apardığı üçün Milli Məclisin daha tez buraxılmasına ehtiyac vardı”.

Şərhlər

Omer 2019-11-30 05:47:14

Gedib dincelin. Wukur manat stabildir

yalçın 2019-11-29 17:58:01

halal olsun, təktük mərdlərdən biri

Malik 2019-11-29 17:06:39

Vahid müəllim,burada bir əmma olduğu şübhə doğurmur.26 ildir dözüb bir il daha dözmək olmurdu? Səmimilik yaxşı şeydir axı!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol