Menu

London körpüsündə atışma olub

29.11.2019, 19:14
London körpüsündə atışma olub

London körpüsündə naməlum şəxslər bir neçə dəfə atəş açıblar.

APA-nın BBC-yə istinadla verdiyi məlumata görə, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

“Skotlend-Yard”-dan (London Polis İdarəsi) hadisənin baş verdiyini təsdiqləyiblər.

“Britaniya polisi bir neçə nəfərin yaralanması ilə nəticələnən insidentin günahkarını saxlayıb”, - deyə “Skotlend-Yard”ın mətbuat xidməti “Twitter”də məlumat yayıb.

London körpüsünün yaxınlığında yerləşən Boro bazarı ətrafında partlayış baş verməsi barədə “Sky News” telekanalının yaydığı məlumatı isə polis təkzib edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol