Menu

Azərbaycanın FIFA referisi dünya çempionatının yarımfinal oyununa təyinat alıb

30.11.2019, 19:14
Azərbaycanın FIFA referisi dünya çempionatının yarımfinal oyununa təyinat alıb

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçirilən dünya çempionatında yarımfinal mərhələsinin oyununa təyinat alıb.

"Report"un məlumatına görə, 36 yaşlı referi "Yaponiya" - "Portuqaliya" matçında üçüncü hakim olacaq. Qarşılaşmanı polşalı Lukas Ostrovski idarə edəcək.

Digər yarımfinalda görüşündə İtaliya və Rusiya komandaları üz-üzə gələcək. Oyunlar bu gün keçiriləcək. Qeyd edək ki, dünya çempionatının finalı dekabrın 1-də olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol