Menu

AFFA prezidenti Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb

30.11.2019, 23:18
AFFA prezidenti Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb

AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmirlə ilə görüşüb.

"Report"un məlumatına görə, görüş Rumıniyanın paytaxtı Buxarestdəki AVRO-2020-nin püşkatma mərasimindən sonra gerçəkləşib. R.Abdullayev A qrupunda 2 oyunu Bakı Olimpiya Stadionunda keçirəcək Türkiyə millisinə uğurlar arzulayıb.

Qeyd edək ki, Türkiyə millisi iyunun 17-də Uelslə, iyunun 21-də isə İsveçrə ilə Azərbaycan paytaxtında qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol