Menu

"Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var" - Nihat Özdemir

01.12.2019, 10:14
"Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var" - Nihat Özdemir

"İtaliya ilə oyundan sonra iki oyunumuzu Azərbaycanın paytaxtı Bakıda keçirəcəyik. Hamımızın dediyimiz kimi, biz iki dövlət bir millətik".

"Report" DHA-ya istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir AVRO-2020-nin əsas mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

Federasiya rəhbəri Bakını başqa bir şəhər olaraq düşünmədiyini bildirib: "Oranı Türkiyənin bir şəhəri kimi hiss edirəm. Bakıda iki önəmli matçımız olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Ondan sonra qismətimizdə nə varsa, o da olacaq. Bu qrupu çox istəyirdim, çünki orada Azərbaycan var. Azərbaycan bizim üçün qardaş ölkədir. Öz meydanımızda oynayacağıq. Tribunaların hamısını türk qardaşlarımız dolduracaq".

Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin əsas mərhələsində İtaliya, İsveçrə və Uelslə birgə A qrupunda mübarizə aparacaq. Komanda qrupdakı iki oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.

Şərhlər

Elli 2019-12-01 12:58:37

Canım Türkiyəm Bakıda inşaallah qələbə qazanarsınız.

məlahət 2019-12-01 10:33:26

Türkiyə millisinin qələbəsi şəksizdir. Çünki doğma meydançada oynayacaqlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol