Menu

"Dağlıq Qarabağ münaqişəsi mərhələlərlə həll olunmalıdır" - Elmar Məmmədyarov

03.12.2019, 13:44
"Dağlıq Qarabağ münaqişəsi mərhələlərlə həll olunmalıdır" - Elmar Məmmədyarov

"Biz beynəlxalq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ nizamlanması məsələsi həm Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlər çərçivəsində, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur.

"Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır. Əlbəttə ki, ordu kazarmalara qayıtmalıdır", - nazir deyib.

Şərhlər

t.ədalət 2019-12-03 19:23:49

Dağlıq Qarabağın azad edilməsinin,yalnız bir yolu var,o da Rusiyanın işğalçı hərbi qüvvələrini geri çəkməsi!Başqa söz-söhbət isə separatçıların ideyasıdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol