Menu

Gəncədə 18 yaşlı qız dəm qazından zəhərlənib

03.12.2019, 20:40
Gəncədə 18 yaşlı qız dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şükürlü Mətanət Qalib qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan M. Şükürlünün vəziyyətin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol