Menu

ABŞ Venesuelaya qarşı sanksiya siyahısını genişləndirib

03.12.2019, 21:06
ABŞ Venesuelaya qarşı sanksiya siyahısını genişləndirib

ABŞ Venesuelaya qarşı sanksiyaları genişləndirib.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Siyahıya "Petroleos de Venezuela" (PDVSA) şirkətinə məxsus 6 tanker də əlavə olunub.

Nazirlikdən bildirilib ki, Venesuela tankerlərinə qarşı növbəti sanksiyalar neft sektorundakı korrupsiyaya qarşı mübarizə məqsədi daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol