Menu

ABŞ-a gələnlərə "üztanıma" sistemi tətbiq olunacaq

03.12.2019, 21:39
ABŞ-a gələnlərə "üztanıma" sistemi tətbiq olunacaq

Tramp Administrasiyasının gündəliyinə əsasən, Administrasiya ABŞ-a daxil olan və ölkəni tərk edən bütün səyahətçilərin, o cümlədən ABŞ vətəndaşlarının fotoşəkillərinin çəkilməsini tələb edən qaydaların tətbiq olunması nəzərdə tutulur.

Bu qaydalar ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən səyahətçilərin izlənməsinin daha geniş sisteminin tərkib hissəsi kimi iyuldan etibarən hazırlanıb.

“Reuters” xəbər verir ki, Tramp Administrasiyası qərarın ABŞ səyahət sənədlərinin saxtalaşdırılması, cinayətkarların və terrorçuluqda şübhəli bilinənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində mübarizə üçün nəzərdə tutulduğunu bildirib.

İctimaiyyətin 30-60 gün vaxtı var ki, yeni qaydalar barədə şərh versinlər və Departament bu şərhlərə baxıb, cavab verəcəyindən əsas qaydaların tətbiqi vaxt tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol