Menu

Sarkisyan Türkiyə ilə imzalanmış protokolları parlamentdən geri çəkir

25.09.2014, 12:36
Sarkisyan Türkiyə ilə imzalanmış protokolları parlamentdən geri çəkir

Ermənistan hakimiyyəti Türkiyə ilə imzalanmış protokolların parlamentdən geri çəkilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir. APA-nın “Azadlıq” radiosunun erməni redaksiyasına istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı deyib.

S. Sarkisyan bildirib ki, Ermənistan heç vaxt Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün “soyqırım”ın tanınması şərtini irəli sürməyib. O, təşəbbüskarı olduqları prosesin Sürixdə protokolların imzalanması ilə nəticələndiyini, lakin bu protokolların artıq xeyli vaxtdır Türkiyə parlamentində ratifikasiya olunmağı gözlədiyini söyləyib: “Rəsmi Ankara açıq bəyan edir ki, bu protokolları yalnız o halda ratifikasiya edəcək ki, ermənilər Dağlıq Qarabağı Azərbaycana versin. Ermənistanda və Qarabağda sadə insanlar bu şərtə çox sadə şəkildə reaksiya verir – lənətə gəlsin belə ratifikasiya. Belə şəraitdə biz protokolları parlamentdən geri çəkməyi ciddi şəkildə düşünürük”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol