Almaniya Rusiya səfirliyinin iki əməkdaşını "persona non qrata" elan edib

Almaniya Rusiyanın Berlindəki səfirliyinin iki əməkdaşını "persona non qrata" elan edərək ölkədən çıxarıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, Almaniya hökuməti Moskvanın Berlindəki qətlin istintaqında əməkdaşlıqdan imtina edəcəyi təqdirdə yeni tədbirlər görmək hüququnu özündə saxlayır.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qətl və rəsmi Moskva arasındakı əlaqəni təkzib edib.

Xatırladaq ki, avqustun sonlarında naməlum şəxs Moabit rayonunda 40 yaşlı Gürcüstan vətəndaşını başından güllələyərək öldürüb. Hadisədən sonra polis 49 yaşlı rusiyalını saxlayıb. Avqustun 30-da "Spiegel" nəşri şübhəlinin Rusiya xüsusi xidmət orqanlarının casusu ola biləcəyinə dair material dərc edib. Müəlliflər şübhəlinin viza almaq üçün təqdim etdiyi sənədlərdəki adının Rusiya məlumat banklarında olmamasına, xarici pasport nömrəsinin isə Rusiya Baş Kəşfiyyat İdarəsinin hərbi kəşfiyyat işçilərinə sənədlər vermiş Daxili İşlər Nazirliyini göstərməsinə görə belə nəticəyə gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar