Menu

"Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq” - Çavuşoğlu

05.12.2019, 16:18
"Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq” - Çavuşoğlu

“Beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı deyib.

Türkiyə XİN başçısı Gürcüstan, Moldova və Azərbaycanda dondurulmuş münaqişələrin hələ də həll olunmamış qaldığını diqqətə çatdırıb.

O qeyd edib ki, dondurulmuş münaqişələr beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslanaraq həll olunmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol