“Rüstəm İbrahimbəyov müxalifətçi deyil...” - Milli Şuradan dramaturqun bəyanatına reaksiya

"Rüstəm İbrahimbəyovun zaman-zaman verdiyi açıqlamalar müxalifətin mövqeyi ilə üst-üsət düşmür, o müxalifətçi deyil. Onun fikirlərini dartışmaq olar".

Bunu "AzPolitika.info"-ya açıqlamasında Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu MŞ-nın fəxri sədri, tanınmış dramaturq Rüstəm İbrahimbəyovun ölkədə gedən proseslərlə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, R.İbrahimbəyov mətbuata açıqlamasında Prezident İlham Əliyevin komandasında apardığı dəyişiklikləri müsbət dəyərləndirib və hakimiyyətə dəstək olmağa hazır olduğunu deyib.

Tofiq Yaqublu bildirib ki, Rüstəm İbrahimbəyov çağdaş zamanımızda Azərbaycan mədəniyyətinin dünyada tanınan ən böyük simasıdır, böyük şəxsiyyətdir: "Belə bir şəxsiyyətin vaxtı ilə Milli Şuranı yaratması alqışa layiqdir. Rüstəm İbrahimbəyov dəfələrlə deyib ki, o siyasətçi deyil. O bir yaradıcı insan, dəyərli ziyalı kimi ölkənin halına acıyaraq bu addımı atmışdı. Müxalifət qüvvələri o zamankı prezident seçkilərində məhz onun namizədliyi üzərində dayanmışdılar. Məlum olduğu kimi onun namizəd olması alınmadı, Milli Şuranın namizədi Cəmil Həsənli oldu. Beləliklə, Rüstəm İbrahimbəyov siyasətdən getdi".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar