"Parlament seçkilərində qalib gələcəyimizə çox böyük inamımız var" - Bahar Muradova

"Milli Məclisin buraxılması ilə bağlı bütün hüquqi prosedurlar keçirilib. Bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək".

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyası da daxil olmaqla, bütün siyasi partiyalar, eləcə də özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır: "Biz hər zaman olduğu kimi, bu seçkilərə də hazırıq və iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Azərbaycan Prezidenti, partiyamızın sədri İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq".

B.Muradova vurğulayıb ki, mojaritar seçki olsa da, hansı partiyadan kimin namizəd olacağını siyasi partiyalar müəyyənləşdirir: "Ona görə də YAP-ın seçkilərdə hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq. Bu qərarın elan edilməsi üçün müəyyən vaxt çərçivəsi var. Həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik. Daha sonra təbliğat-təşviqat kampaniyası başlanılacaq. Çalışacağıq ki, bütün gücümüzü sərf edərək namizədlərimizi dəstəkləyək".

635x100

Şərhlər

Gəncəliyev 2019-12-06 13:50:24

Bu adam Məzahirin saxtalaşdırmasına ümidlidir.Yoxsa belə məlumat verə bilməz.

Kərbəlayı 2019-12-06 13:49:05

Siyahi deputat! Kim sənə səs verər? Əgər namuslu seçki olsa sənin kimilər kənarda qalacaq.BUna əmin ol.

Hidayət 2019-12-06 13:47:32

Adamda utanası üz də olmalıdır.Belələrini deputat yazanlar görəsən nə düşünürlər? Bundan heç fermada malabaxan da olmaz.

Son yazılar