Milli Məclisin deputatı vəfat edib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.Bu barədə "Report"a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

635x100

Şərhlər

Səməd 2019-12-06 22:53:32

Allah (T.t) rəhmət eləsin. Yəhudi millətinin məğrur nümayəndəsi idi.

Son yazılar