Menu

NATO planlarını yeniləyir, Türkiyə S-400 məsələsini həll etməkdə sərbəstdir - Stoltenberq

07.12.2019, 09:20
NATO planlarını yeniləyir, Türkiyə S-400 məsələsini həll etməkdə sərbəstdir - Stoltenberq

NATO Baltik ölkələri və Polşanın müdafiəsi üzrə yenilənmiş planı qəbul edib. 

Bu barədə dekabrın 4-də Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq sammitin nəticələrinə həsr olunmuş mətbuat konfransında xəbər verib. Onun sözlərinə görə, NATO ölkələri liderləri həm də terrorçuluqla mübarizədə səylərin aktivləşdirilməsi üzrə fəaliyyət planını razılaşdırıblar.

«Bütün müttəfiqlər əvvəlki kimi, «İslam dövləti» terrorçu qruplaşması ilə mübarizəyə və İraqdakı, Əfqanıstandakı missiyaya sadiqdirlər» - deyə, Baş katibin sözlərini «Anadolu» agentliyi yayıb.

Stoltenberq həm də Türkiyənin Baltik ölkələri və Polşanın müdafiəsi üzrə alyansın planını dəstəkləməkdən imtina etməsinə toxunub. «NATO-nun bütün üzvlərinin müdafiəsi üzrə, o cümlədən, Baltikyanı ölkələr və Polşanın müdafiəsi üzrə planlar var. Bundan başqa, bizdə sadəcə plan deyil – bölgədə daha çox hərbçi dislokasiya olunub. Bizim tariximizdə ilk dəfə olaraq, Baltikyanıda döyüş qabiliyyətli ordu yerləşdirmişik. Onlardan birinə Litvada Almaniya rəhbərlik edir. Planlar müntəzəm olaraq yenilənir və onlara yenidən baxılır. Bu gün Baltik ölkələri və Polşanın müdafiəsi üzrə yenilənmiş plan qəbul olunub. Bu isə göstərir ki, NATO planlara yenidən baxa və ya onları yeniləyə bilər» - deyə, Baş katib qeyd edib.

Stoltenderq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla sammit çərçivəsində keçirdiyi görüşü də xatırladıb. «Görüşdə müxtəlif məsələlər müzakirə olunub. Çox vacibdir ki, Baltik ölkələrinin müdafiəsi üzrə yenilənmiş planı bütün müttəfiqlər qəbul etsinlər» - Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO sammitində iştirakçı ölkələr arasında YPG-yə yönəlik fikir ayrılığı müzakirə olunmayıb. Türkiyə, əsasını Suriya kürdləri təşkil edən YPG-nı terrorçu təşkilat kimi tanıyır və israr edir ki, digər NATO üzvü olan ölkələr də onu beləcə tanısınlar. «Sammitdə bu məsələ müzakirə olunmadı. Buna baxmayaraq, məsələ NATO üzvləri arasında mübahisə predmetidir. Ancaq alyansın bütün üzvləri razılaşırlar ki, terrorçuluqla mübarizədə əldə olunmuş uğurları kölgə altına almaq lazım deyil» - Stoltenberq bildirib.

O, bir daha qeyd edib ki, Türkiyə Rusiyadan S-400 ZRK almaq məsələsində sərbəstdir. «Müttəfiqlərin bir çoxu narahatlıq ifadə etdilər. Mən də narahatlığımı bildirdim. Deyə bilərəm ki, Rusiyanın S-400 ZRK-i heç vaxt NATO sisteminə inteqrasiya edilməyəcək» - Baş katib bəyan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol