Menu

Pompeonun Lavrovla hansı məsələləri müzakirə edəcəyi açıqlandı

07.12.2019, 17:15
Pompeonun Lavrovla hansı məsələləri müzakirə edəcəyi açıqlandı

ABŞ dövlət katibi Maykl Pompeorusiyalı həmkarı Sergey Lavrovla dekabrın 10-da Vaşinqtonda iki ölkə arasında fikir ayrılığına səbəb olan mövzuları - ikitərəfli münasibətləri, silahlara nəzarət məsələsini, Suriya, Ukrayna və Venesueladakı vəziyyəti müzakirə etmək niyyətindədir.

Bu barədə "The Washington Post" qəzeti ABŞ administrasiyasının nümayəndələrinə istinadən yazıb.

Rusiya XİN başçısı sonuncu dəfə 2017-ci ildə Vaşinqtona səfər edib və o zaman ABŞ prezidenti Donald Trampın qəbulunda olub.

"Associated Press"in məlumatına görə, xarici siyasət qurumlarının rəhbərləri danışıqların yekununda mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, S.Lavrov və M.Pompeo arasında öncəki şəxsi görüş sentyabr ayında BMT Baş Assambleyasının iclasında baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol