Bakıda 31 yaşlı kişini bıçaqlayan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Eldar Orduxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs son söz deyib. O, ailə vəziyyətini nəzərə almaqla məhkəmədən yüngül cəza təyin edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, E.Orduxanov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Hadisə bu ilin aprel ayında paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən kafenin qarşısında baş verib. 1993-cü il təvəllüdlü Orduxanov Eldar Əli oğlu aralarında yaranmış mübahisə zamanı 1988-ci il təvəllüdlü Alıxanov Nicat Dostəli oğluna bıçaqla zərbələr vurub. N.Alıxanov qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. E.Orduxanova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar