İmişlidə yük və minik avtomobilləri toqquşub, ölən və yaralılar var

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

“Qazel” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Qəza nəticəsində “VAZ-2106” avtomobilin sürücüsü, Beyləqan rayon Qaralılar kənd sakini Emin adlı şəxs dünyasını dəyişib. 

“Qazel” markalı yük avtomobilinin sürücüsü, İmişli rayon sakini 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlu və “VAZ-2106” avtomobildə olan sərnişin, Beyləqan rayon Qaralılar kənd sakini 1985-ci təvəllüdlü Əliyev Bayram Həsən oğlu xəsarət alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar