Menu

100-dən çox ilahiyyatçı İŞİD “xəlifə”sinə məktub yazdı

25.09.2014, 16:17

Terror WatchDünyanın müxtəlif yerlərindən 100-dən çox müsəlman ilahiyyatçısı və lideri İslam Dövləti təşkilatının lideri Abu Bakr al-Bagdadiyə açıq məktub yazıb.

Məktubda deyilir ki, bu təşkilatın İslamdan istifadə etməsi qanunsuzdur və ziyanlıdır.

Sentyabrın 24-də yayılan məktubda bildirilir ki, İD-nin işgəncələr verməsi, insanları qul etməsi, zorla dinini dəyişməyə vadar etməsi, qadınların və uşaqların haqlarının danılması, günahsızların öldürülməsi İslamda qadağandır.

Məktubda İslam Dövlətinin cihada çağırması pislənilir və deyilir ki, bu, yolverilməzdir. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol