Menu

Bakıda marşrut avtobusu qəzaya uğrayıb - 6 nəfər xəsarət alıb

14.12.2019, 11:06
Bakıda marşrut avtobusu qəzaya uğrayıb - 6 nəfər xəsarət alıb

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib, müalicələri davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol