Menu

Yanğın 300 kv. metr sahəni əhatə edib

14.12.2019, 19:41
Yanğın 300 kv. metr sahəni əhatə edib

"Hadisə yerinə 17 yanğın texnikası, 75 yanğınsöndürən cəlb edilib. Yanğında xəsarət alan yoxdur. Hadisə yerində iki "QAZel" markalı avtomobil qismən yanıb".

APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi general Füzuli Əsədov bildirib. Onun sözlərinə görə, yanğın təxminən 300 kv. metr sahəni əhatə edib: “Yanğınla bağlı məlumat Böhran Xidmətinə saat 17:29-da daxil olub. Hadisə yerinə yanğınsöndürənlər təxminən 4 dəqiqəyə çatıb. Bakının başqa rayonlarından əlavə qüvvələr gətirilib. Təxminən yarım saat ərzində yanğın məhdudlaşdırılıb".

Şərhlər

t.ədalət 2019-12-14 23:11:31

Yanğını törədənlər bazarların ərazisini ələ keçirmək istəyən dələduzlardır.Artıq, Bakı və onun ətraf yeni obyektlər tikməyə ərazi qalmadığına görə belə terror yönlü addımlar atırlar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol