Menu

Rusiyada 8 partiyanın dövlət qeydiyyatı ləğv edilib

17.12.2019, 12:51

Rusiya Ədliyyə Nazirliyi seçkilərdə iştirak etmədiyi üçün 8 partiyanın dövlət qeydiyyatını ləğv edib.

“Report” xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.

Qeydiyyatı ləğv edilən siyasi təşkilatlar bunlardır: Qadınlar Rusiya Uğrunda, Yaşıllar Bilriyi, Şəhərlilər İttifaqı, Rusiya Xalq Partiyası, Rusiya Sosial-Demokrat Partiyası, Rusiya Pensiyaçılar Partiyası, Rusiya Şəhəri və Rusiya Aqrar Partiyası.

Məhkəmə daha 3 siyasi partiyanın - Xalq Alyansı Partiyası, Monarxiya Partiyası və Doğru İnsan Ümumrusiya Partiyasının dövlət qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Amma həmin qərar hələlik qüvvəyə minməyib. Bu istiqamətdə araşdırmaların davam etdiriləcəyi bildirilib.

Şərhlər

Vətəndaş 2019-12-17 14:54:32

Bizdə də köbələk partiyalar bağlanmalıdır.Bir partiyanın ki,respublikanın ictimai həyatında fəaliyyəti.yeri görünmürsə,onun qaloçka xatirinə və ya kiminsə kiməsə qulluğu naminə saxlanması mənasız və lazımsızdır.Bunlara Qüdrət Həsənquliyevuin,Fəzail Ağamalının,Fazil Mustafanın,Pənah Hüseynovun və bu kimi fəaliyyətsiz və mənasız partiyalarıt misal göstərmək olar.Bunl qapadılmalıdır.artiya

Vahid 2019-12-17 13:06:52

Adı olub özü olmayan,pariyaların ləğv edilməsi bəzi qurama deputatların MM-ə soxulmasının qarşısını alar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol