Menu

Bakının mərkəzində içməli suyun verilməsində məhdudiyyət olacaq

18.12.2019, 10:01
Bakının mərkəzində içməli suyun verilməsində məhdudiyyət olacaq

Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol