Menu

Youtube-dən ağılasığmaz sərvət qazanıblar - Siyahı

20.12.2019, 11:42
Youtube-dən ağılasığmaz sərvət qazanıblar - Siyahı

Bu il YouTube videopaylaşım şəbəkəsindən ən çox pul qazanan ilk 3 nəfərin gəliri 18 milyon- 26 milyon dollar arası olub. Bu haqda “FransPres” “Forbes” dərgisinə istinadla yazır.

Əsl adı Ryan Guan olan 8 yaşlı Ryan Kaji 2019-cu ildə 26 milyon dollar əldə edib. Onun platformada 22,9 milyon abunəçisi var. Bu kanaldakı videolarda azyaşlı oyuncaq qutularını açır, onlarla oynayır. Bəzi videolara baxış sayı 1 milyardı keçir.

İkinci yerdə Texasdan bir qrup dostun idarə etdiyi “Dude Perfect” kanalıdır. Kanal 2018-ci il iyunun 1-dən bu il iyunun 1-dək 20 milyon dollar qazanc əldə edib. Video qəhrəmanları“igidlik”lər göstərirlər, məsələn, vertolyotdan basketbol oynamağa çalışırlar.
Üçüncü yerdə isə 18 milyon dollar gəlirlə rusiyalı Anastasya Radzinskaya gəlir. Onun 5 yaşı, kanallarının isə üst-üstə 70 milyon abunəçisi var. Kanallar rus, ingilis, ispan dillərindədir.

“Funny Stacy” adlı bir kanalın abunəçi sayı 15,5 milyon nəfərdir.

"AzPolitika"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol