«AzPolitika.info»nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, prezident Vladimir Putin ölkədə əhalinin sayının azalması və miqrantların sayının artması barədə sualı cavablandırarkən, bildirib ki, demoqrafik problemin həllinin dünyada cəmi iki variantı var - əhalinin təbii artımının stimullaşdırılması və miqrasiya.
Putin qeyd edib ki, Rusiyaya gəlməyi insanlara qadağan etmək olmaz - iqtisadiyyat miqrant axını tələb edir, ancaq bunu sistemli əsaslarla etmək lazımdır. O, etiraf edib ki, miqrantların böyük axını tez-tez əhali arasında neqativ yaradır. Bu, təkcə Orta Asiyadan (xaricdən) gələnlərə yox, həm də Şimali Qafqaz sakinlərinə (Rusiya vətəndaşları) aiddir.
«Ancaq bu, o demək deyil ki, biz, insanlara haraya isə getməyi qadağan etməliyik. Əmək bazarında insanların çatışmazlığı iqisadiyyatın inkişafı üçün obyektiv maneədir. Rusiyada miqrasiya məsələlərinin həlli zamanı təhsil səviyyəsindən və mədəni yaxınlıq kimi göstəricilərdən çıxış etmək lazımdır» - Putin bildirib.


Şərhlər