Reuters yazır ki, Qazaxıstan Ukrayna böhranı ilə post-NATO Əfqanıstanı problemləri arasında tarazlığı saxlamağa şalışır.
Qazaxıstan Fransa kimi ölkədən ərazicə 5 dəfə böyükdür, əhalisi isə cəmi 17 milyondiur. Burda 300 min ukraynalı yaşayır, əhalinin 22 faizi isə ruslardır.
Digər keçmiş sovert respublikaları kimi Qazaxıstan da Rusiyanın Krımı tutmağından nəticə çıxardır.
Qazaxıstan rəsmi bəyanat verərək Ukraynanın müstəqilliyini, siverenliyini prinsipial müdafiə etdiyini bildirdi.
Ancaq Qazaxıstan onu da bildirir ki, “Biz tərəf tutmuruq”.
Qazaxıstan şərqdə isə NATO çıxandan sonra Əfqanıstandan da narahatdır. Qazaxıstanın xarici işlər naziri İdrisov deyir ki, “Qazaxıstanın gözlənilməz senarilərə qarşı immuniteti yoxdur. Qazaxıstan 2014-cü ildənsonrakı vəziyyətdən çox narahatdır.”
Nazir 2014-cü ilin sonunda NATO qoşunlarının Əfqanıstandan çıxmasına işarə edir. .
Dünyada tiryəkin və heroinin 80 faizi Əfqanıstanda istehsal olunur. İdrisov deyir ki, Qazaxıstan Əfqanıstanda narkotik qaçaqmalçılığından və iqtisadi inkişafın olmamağından çox narahatdır. /AzadlıqRadiosu


Şərhlər